EN

Lavrovdan görüş sonrası Ukrayna ilə bağlı ilk açıqlama

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Marko Rubio arasında Nyu-Yorkda baş tutan görüşdən sonra Ukrayna ilə bağlı açıqlama verib.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb. Qeyd olunub ki, görüş BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi çərçivəsində keçirilib.

Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, tərəflər Ukrayna böhranının əsas səbəbləri ilə bağlı danışıblar. Lavrov Vaşinqtonla səyləri əlaqələndirməyə və danışıqlar masasında əyləşməyə hazır olduqlarını vurğulayıb.

Belə ki, Lavrov Kiyev və Avropanın münaqişəni uzatmaq planlarını qəbuledilməz adlandırıb. Hər iki tərəf münaqişənin sülh yolu ilə həlli üçün qarşılıqlı maraqlı olduqlarını da təsdiqləyib.

Tahir Turan

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
6
globalinfo.az

1Sources