EN

“Mən bilirəm ki, o, yaxınlarda 10 illik müqavilə imzalayıb”

“Liverpul”un sabiq futbolçusu Cimi Karrager İspaniyanın Bilbao şəhərində xüsusi mükafata – “Bir klub adamı”na (“One Club Man Award”) layiq görülüb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, təqdimat zamanı veteran müdafiəçi “Atletik”in futbolçusu Niko Uilyams barədə fikirlərini bölüşüb:

“Niko Uilyams fantastik oyunçudur. O, AÇ-2024-ün finalında İngiltərə millisinə vurduğu qolla yadda qaldı.

İspaniya yığması həmin qələbəyə tam layiq idi. Mən bilirəm ki, o, “Atletik”in futbolçusudur və yaxınlarda klubla 10 illik müqavilə imzalayıb.

Ancaq onu “Liverpul” forması ilə görmək istərdim. Reallıqda bunun baş verməyəcəyini də anlayıram, amma xəyal qurmaq olar”.

Uilyams cari mövsümdə La Liqada keçirdiyi 3 oyunda 1 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

“Atletik” və “Liverpul” UEFA Çempionlar Liqasında “Qarabağ”ın rəqibləridir.

Chosen
12
sportinfo.az

1Sources