EN

58 il sonra həmin kürsüdə... Fotolar

ain.az bildirir, Qafqazinfo portalına istinadən.

Suriya Prezidenti Əhməd əş-Şaara BMT Baş Assambleyasının 80-ci iclasında çıxış edib.

“Qafqazinfo” xəbər verir ki, o, Suriyanın Bəşər Əsəd rejimindən əvvəlki son lideri Nurəddin Əl-Atasinin 1967-ci ildə BMT Baş Assambleyasına qatılmasından sonra BMT Baş Assambleyasında Suriyanı təmsil edən ilk lider olub.

Preizdent Əsəd rejimini sona çatdıran inqilabı xeyirlə şər arasında döyüş kimi təsvir edib:

“60 il Suriya idarə etdiyi torpaqların dəyərini göz ardı edən zalım bir rejim altında idi. Uzun illər ədalətsizliyə, məhrumiyyətlərə, zülmə məruz qaldıq. Sonra öz ləyaqətimizi bərpa etmək üçün ayağa qalxdıq. Əvvəlki rejim xalqımıza qarşı ən dəhşətli işgəncələri tətbiq edirdi. Kimyəvi silahlar, işgəncələr, bombardmanlar... Münaqişələr, narkotiklər ölkəmizi parçaladı.

Biz haqqımızı geri aldıq. Biz qalib gəldik. Sizlər üçün, dünyadakı bütün şəhid anaları, şəhidlərimizin övladları və gələcəyiniz üçün qazandıq. Qaçqınların geri dönüş yolunu açdıq və narkotik ticarətini kökündən kəsdik”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
16
qafqazinfo.az

1Sources