EN

Ərdoğanın BMT dəki çıxışında bu detal diqqət çəkdi

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda BMT Baş Assambleyasında Türkiyədən gətirilmiş xüsusi su ilə görüntülənib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Solçu qəzeti” məlumat yayıb.

Məlumata görə, digər dövlət başçıları, o cümlədən ABŞ Prezidenti Donald Tramp və ərəb nümayəndə heyətləri tədbirdə verilən qrafindən su içərkən Ərdoğanın önünə yalnız Türkiyədən gətirilmiş qablaşdırılmış su qoyulub.

Nəşr bu detalın diqqət çəkməsinin səbəbini ehtimalən təhlükəsizlik və şəxsi gigiyena məsələləri ilə əlaqələndirib. Məqalədə dərc olunan fotoda Ərdoğanın stolunun üzərində xüsusi su qabı açıq şəkildə görünür.

Qeyd edək ki, Prezidentin səfərlərində özünə məxsus qida və içkilərin gətirilməsi təcrübəsi Türkiyə mediasında daha əvvəl də müzakirə mövzusu olub.

Tahir Turan

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
11
globalinfo.az

1Sources