Modern.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Heydər Əliyev Beynəlxalq Aeroportunda taksi xidmətlərinin həyata keçirilməsinə dair yaranmış vəziyyəti Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi də araşdırmağa başlayıb.
Modern.az xəbər verir ki, hazırda Agentlik aidiyyəti qurumlar və təsərrüfat subyektləri ilə görüşlər keçirir.
Agentlik bildirir ki, görüşlər zamanı müzakirə edilmiş məsələlərlə əlaqədar olaraq hazırda rəqabət qanunvericiliyinin tələbləri çərçivəsində taksi xidmətlərinin göstərilməsi zamanı yaranmış vəziyyətin bütün hüquqi və iqtisadi tərəfləri ilə bağlı təhlillər davam etdirilir.
Məsələ ilə bağlı rəqabət orqanının apardığı təhlillər bazar subyektləri davranışlarının rəqabət qanunvericiliyi prizmasından dəyərləndirilməsi və istehlakçı hüquqlarının pozulması hallarının qarşısının alınmasına yönəlib.
Xatırladaq ki, bir neçə gen əvvəl Heydər Əliyev Beynəlxalq Aeroportunda taksilərin fəaliyyəti ilə bağlı yeni qaydalar qəbul edilib. Nəticədə hava limanında işləmək icazəsi olan taksilərin sayı azaldılıb, bəzi taksilərə aeroportdan sərnişin götürmək qadağan edilib. Paralel olaraq aeroporta taksi qiyməti 2,5-3 dəfə bahalaşıb - əvvəllər 8-10 manatg olan gediç haqlari indi 22-30 manat ve daha artıq olub.
Taksi operatorlarının mobil tətbiqlərində aeroport üçün xüsusi sifariş kateqoriyaları yaradılıb. Bu kateqoriya üzrə qiymətlər digər istiqamətlərdən daha artıqdir. Belə ki, aeroportdan şəhərə daşımalar 5-6 manatdan başlayır. 3-25 kilometr məsafələr üçün hər kilometrə görə ödəniş 80-95 qəpik, 26 kilometr və daha uzun məsafələrdə isə 70 qəpik təşkil edir. Əlavə olaraq, hava limanı ərazisində taksi sifarişlərinə xüsusi tariflər tətbiq olunur ki, həmin tariflər də 20-30 manat arasında dəyişir. Qiymətlərin belə olması vətəndaşların ciddi narazılığına səbəb olub.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.