Türkiyəli aktyor Özcan Dənizin yeni layihəsi bəlli olub.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyorun səsi və görüntüsü süni intellektə ərsəyə gələn serialda istifadə olunacaq. Aktyor "Tesserakt" adlı serialda dövlət başçısı obrazına səsi və görüntüsü ilə həyat verəcək.
10 dəqiqəlik layihə 6 bölümdən ibarət olacaq.