EN

Premyer Liqaya namizədlərin ayağı büdrəmədi

I Liqada üçüncü tura start verilib.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma keçirilib.

Çemponluğa namizədlərdən “Şəfa” bu dəfə “Cəbrayıl”a 3 cavabsız qol vurub.

“Mingəçevir” doğma məkanda “”Difai”ni üstələyib. “Səbail” isə Bayılda “Şahdağ”a 2:0 hesabıyla qalib gəlib.

"Şəfa” – “Cəbrayıl” 3:0

Qollar: E.Zamanov, 50; U.İsmayılov, 80; A.Ebrahimzade, 90+1
Hakimlər: Rövşən Rəcəbov, Nurlan Əhmədzadə, Aydın Bəxşiyev, Şamil İmanzadə
Binə qəsəbə stadionu

"Mingəçevir” – “Difai” 2:0

Qollar: C.Attukuaye, 73, 89
Hakimlər: Emin Əliyev, Safalı Ağayev, Rəşad Quliyev, Vüqar Həsənli
Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança)

“Səbail” – “Şahdağ Qusar” 2:0

Qollar: Y.Nəbiyev, 15; E.Rüstəmov, 45+1
Hakimlər: İslam Məmmədov, Rasim Axundov, Orxan İbişov, Ruslan Quliyev
“ASCO Arena”

25 sentyabr (cümə axşamı)

15:30. MOİK – “Zaqatala”
Hakimlər:
Kamran Əliyev, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Əkbər Əhmədov
Binə qəsəbə stadionu

15:30. “Baku Sporting” – “Şimal”
Hakimlər:
Murad Səlimov, Səbuhi Əmrahov, Sənan Atayev, Namiq Bəkirov
Buzovna qəsəbə stadionu

Chosen
2
1
sportinfo.az

3Sources