1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Dünya şöhrətli çinli memar Kontszyan Yu, braziliyalı rejissorlar Luiş Ferraş və Rubens Krispim Junior Braziliyanın Akidauana şəhəri yaxınlığında qəzaya uğramış təyyarə göyərtəsində olublar.
Oxu.Az bu barədə "Metropoles" portalına istinadən xəbər verir.
Bildirilir ki, sentyabrın 24-də axşam saatlarında göyərtəsində dörd ekipaj üzvü və sərnişinlərin olduğu "Cessna" markalı təyyarə qəzaya uğrayıb.
Təyyarə yerə dəyən zaman partlayıb. Qəzanın əlçatmaz ərazidə baş verməsi səbəbindən təcili xidmətlərin işi çətinləşə bilər.


