EN

Avropa Yenidənqurma və İnkişaf Bankı 2025-ci il üçün Azərbaycan ÜDM artımı ilə bağlı proqnozlarını yeniləyib

Bakı. Trend:

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanıniqtisadiyyatı ilə bağlı proqnozlarını aşağı salıb.

Trend xəbər verirki, bu barədə sentyabr ayında dərc olunan “Regional EconomicProspects” hesabatında qeyd olunur.

Yenilənmiş məlumata əsasən, Azərbaycanın 2025-ci ildə real ÜDMartımı 2% səviyyəsində gözlənilir. Halbuki may ayında verilənproqnozda bu göstərici 2,1% idi. 2026-cı il üzrə proqnoz dəyişməyibvə 2,5% olaraq qalır.

AYİB-in məlumatına görə, Azərbaycanın iqtisadiyyatı 2023-cü ildə1,4% artıb, 2024-cü ildə isə bu göstərici sürətlənərək 4,1%-əçatıb. 2025-ci ilin ilk yarısında ÜDM artımı 1,5% təşkil edib.

“Hesabata görə, iqtisadi artım 2024-cü ildəki 4,1%-dən 2025-ciilin ilk yarısında illik ifadədə 1,5%-ə enib ki, bu dakarbohidrogen hasilatının 3,1% azalması ilə bağlıdır. Bununla belə,qeyri-neft sektoru tikinti, ticarət və turizmin hesabına 3,8% artımnümayiş etdirib. Hazırda qeyri-neft sektorları ÜDM-in üçdəikisindən çoxunu formalaşdırır. İnflyasiya 2024-cü ildə ortahesabla 2,2% olduğu halda, 2025-ci ilin səkkiz ayı ərzində 5,6%-əyüksəlib ki, bu da ərzaq məhsulları və xidmətlərin bahalaşması iləizah olunur. 2025-ci ilin iyulunda Azərbaycan Mərkəzi Bankı əsasuçot dərəcəsini 25 baza bəndi azaldaraq 7,0%-ə endirib və bununlada 2023-cü ilin sonundan bəri ümumi yumşaldılmanı 200 baza bəndinəçatdırıb. Halbuki inflyasiya hədəf koridorunun (4% ±2) yuxarıhəddinə yaxınlaşıb”,- hesabatda vurğulanır.

AYİB bildirir ki, ölkənin fiskal və xarici ehtiyatları güclüolaraq qalmaqdadır.

“2025-ci ilin birinci yarısında dövlət büdcəsi ÜDM-in 4,4%-ihəcmində profisitlə icra olunub ki, bu da 2024-cü ilingöstəricisindən bir qədər aşağıdır. Bununla belə, gəlirlər vəneftin qiyməti proqnozları üstələyib. Beynəlxalq ehtiyatlar(Azərbaycan Dövlət Neft Fondunun - SOFAZ/ARDNF aktivləri daxilolmaqla) 2025-ci ilin ortalarınadək 78,8 milyard ABŞ dollarınaçatıb və bu, üç ildən artıq idxalı ödəməyə kifayət edir. Nəticədə,“Moody’s” agentliyi 2025-ci ilin iyun ayında Azərbaycanın suverenreytinqini Baa3 səviyyəsinə yüksəldib və dövlət maliyyəsinindayanıqlığını qeyd edib. Real ÜDM-in 2025-ci ildə 2%, 2026-cı ildəisə 2,5% olacağı proqnozlaşdırılır. Sabit qeyri-neft sektoru artımıneft-qaz sənayesindəki zəifləməni kompensasiya edəcək. Əsas risklərenerji resurslarının qiymətlərində dalğalanma, qlobal ticarətdəkiqeyri-müəyyənlik və regional geosiyasətlə bağlıdır. Bununla yanaşı,Aİ ilə enerji əməkdaşlığı, Orta Dəhlizin genişlənməsi və ABŞtərəfindən dəstəklənən Ermənistanla sülh təşəbbüsü yeni ticarətmarşrutlarının açılması və investor etimadının möhkəmlənməsi üçünimkanlar yaradır”, – sənəddə qeyd olunur.

Məqalədə:
Chosen
27
az.trend.az

1Sources