EN

Kanada Fələstin üçün 400 milyon dollar ayıracaq

Müəllif:mehin Qasımova,Banco.az

Kanadanın baş naziri Mark Karni ölkəsinin Fələstini rəsmən tanımasından sonra İordan çayının qərb sahili və Qəzza zolağına ayrılan humanitar yardım fondunun 400 milyon dollardan yuxarı çatdırıldığını açıqlayıb.

Banco.az xəbər verir ki, Baş nazirliyin yaydığı bəyanatda bildirilib ki, Fələstinin tanınması Kanadanın Yaxın Şərqdə davamlı sülh üçün iki dövlətli həllə dəstəyini daha da gücləndirir. Sənəddə həmçinin regional böhranın yalnız sülh yolu ilə həllinin mümkün olduğu vurğulanıb, Qəzzada dərhal atəşkəsin elan olunması, bütün məhbusların azad edilməsi, mülki şəxslərin qorunması və humanitar yardımların artırılması çağırışı edilib.

Mark Karni əlavə edib ki, yeni elan edilən 47 milyon dollarlıq maliyyələşdirmə Qərb Sahili və Qəzzada iqtisadi dayanıqlığın, məhkəmə sistemlərinin, idarəetmə strukturlarının və demokratikləşmə səylərinin gücləndirilməsinə yönəlib. Bununla da Kanadanın bölgəyə ümumi yardımı 400 milyon dollardan çox olub.

Qeyd edək ki, sentyabrın 21-də Kanada ilə yanaşı Avstraliya, Böyük Britaniya və Portuqaliya da Fələstini rəsmən tanıdıqlarını açıqlamışdılar.

Chosen
15
1
banco.az

2Sources