EN

Qırğızıstan parlamenti buraxıldı - Erkən seçki olacaq

BAKI, 25 sentyabr. TELEQRAF

Bu gün Qırğızıstan Joqorku Keneşi (parlament) özünü buraxmaq qərarına gəlib.

Teleqraf xəbər verir ki, parlament sədri Nurlanbek Turqunbek Ulu növbədənkənar seçkilərin noyabrın 30-da keçiriləcəyini açıqlayıb.

“Seçkilərin təmiz və şəffaf keçirilməsi üçün bütün səylərimizi səfərbər edəcəyik”, - spiker deyib.

Tuqunbek Ulu qeyd edib ki, Joqorku Keneşin növbəti çağırışı seçilənə qədər bütün səlahiyyətlər saxlanılacaq və hər hansı məsələ yaranarsa, növbədənkənar iclas çağırıla bilər.

Chosen
30
teleqraf.com

1Sources