Kilian Mbappe İspaniya çempionatında məhsuldar çıxışını davam etdirir.
“Real”ın hücumçusu La Liqanın 6-cı turunun “Levante” ilə matçında (4:1) dubl edib. 26 yaşlı fransalı futbolçu La Liqadakı qol sayını 38-ə çatdırıb.
O, bu göstəriciyə görə hərəyə 37 qol vuran həmyerlisi Zinəddin Zidan və ispaniyalı İskonu keçərək Luiş Fiqu ilə Davor Şukerə çatıb.
Mbappe hazırda La Liqada qol sayında 42-ci yeri tutur. Rekordçu isə Kriştiano Ronaldodu - 311 qol.
Qeyd edək ki, Kilian “Real”da 2024-cü ilin iyunundan çıxış edir.