EN

Dünya bankı elektrik enerjisi və geotermal enerji sahəsində Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətindədir

Bakı. Trend:

Dünya bankı elektrik enerjisi və geotermal enerji sahəsindəAzərbaycanla əməkdaşlığı genişləndirmək niyyətindədir.

Trend xəbər verirki, bunu Dünya Bankı Qrupunun enerji üzrə baş mütəxəssisi FlorianKitt Bakıda keçirilən Bakıda Azərbaycan və Mərkəzi Asiya YaşılEnerji Həftəsində(Azerbaijan & Central Asia Green Energy Week 2025)çıxışında deyib.

“Biz bütün zəmanət əməliyyatlarını İnvestisiyaların Zəmanətiüzrə Çoxtərəfli Agentliyin (MIGA) himayəsi altında birləşdirdik ki,bu da onların vahid mərkəzdən təqdim edilməsinə imkan yaradır. Buyanaşma Cənub Qaz Dəhlizi üçün uğurla tətbiq olunub və indi biz onuelektrik enerjisində də həyata keçirmək istəyirik”,- deyə obildirib.

F. Kitt vurğulayıb ki, Azərbaycan ənənəvi neft-qaz sektorundanbərpa olunan enerji mənbələrinin istifadəsinə sürətli keçid nümayişetdirir.

“Ölkə artıq günəş və külək elektrik stansiyalarını istismaraverib və gələcəkdə ‘yaşıl’ enerjini Avropaya ixrac etməyiplanlaşdırır”, – o əlavə edib.

Chosen
30
az.trend.az

1Sources