EN

Messi yenə şou göstərdi

ABŞ-da MLS-in müntəzəm çempionatı çərçivəsində keçirilən oyunda “İnter Mayami” səfərdə “Nyu-York Siti”ni 4:0 hesabı ilə məğlub edib.

Publika.az xəbər verir ki, Florida komandansının heyətində Baltasar Rodriqes, penalti zərbəsindən Luis Suares və dubl müəllifi Lionel Messi fərqləniblər. Argentinalı ulduz həm də bir qolun ötürməsini edib. Serxio Buskets isə 2 qolun assistini verib.

“İnter Mayami” 29 oyundan 55 xal toplayaraq Şərq Konfransında üçüncü pillədə qərarlaşıb. “Nyu-York Siti” isə 31 görüşdən sonra 53 xalla beşinci yerdədir.

Qeyd edək ki, Lionel Messi bu oyunda dubl etməklə bombardirlər cədvəlinin birinci pilləsinə yüksəlib. Onun aktivində 24 qol var. "Los-Anceles"dən Denis Buanqa 22 qolla ikinci, "Neşvill"dən Sem Surric isə (21 top) üçüncüdür.

Chosen
46
publika.az

1Sources