EN

Bakıda daha bir yerüstü metro stansiyası tikilir

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakıda daha bir yerüstü metro stansiyasının inşasına başlanılıb.
Bunu Oxu.Az-a açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Tikinti Layihələrinin İdarə olunması Departamentinin rəis müavini Məmməd Rzayev deyib.
O bildirib ki, adıçəkilən yerüstü stansiya metropolitenin "yaşıl xətti"nə xidmət edəcək "Dərnəgül" deposunun daxilində olacaq:
"Dərnəgül" deposunda, həmçinin, yerüstü stansiya nəzərdə tutulub. Stansiyanın şərti adı "Dərnəgül deposu" adlandırılıb. Stansiya 2027-ci ildə istifadəyə veriləcək".
M.Rzayev bildirib ki, adıçəkilən stansiya 2030-cu ilədək istifadəyə veriləcək 10 yeni stansiyaya aid deyil.
Samir Əli
Chosen
23
4
oxu.az

10Sources