EN

FIFA Dünya Kubokunun 64 komandaya qədər genişləndirilməsi planlarını rədd edib

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FİFA) 2030-cu il dünya çempionatının 64 komanda ilə keçirilməsi ideyasından imtina edib...

Poliqon xəbər verir ki, bu barədə The Guardian yazıb.

Mənbənin sözlərinə görə, rəsmilər konfederasiyanın seçmə turnirlərini mənasız hala salmamaq, eləcə də mundialda "qolsuz matçlar" keçirməmək üçün dünya çempionatı iştirakçılarının sayını artırmamaq qərarına gəliblər.

"İştirakçıların əksəriyyəti 64 komandanın dünya çempionatına ziyan vuracağına inanırlar. Çoxlu qol vurulmayan matçlar olacaq və bu, biznes modelinə zərər verə bilər", deyə FİFA-dakı mənbə bildirib.

Poliqon.info

Chosen
33
1
poliqon.info

3Sources