“Şah ölüm” filmi Park Cinema-da 14 gün nümayiş olundu
Yenises.az xəbər verir ki,bu gün ölkəmizin müstəqil film yaradıcılığı sahəsində diqqətçəkən uğur əldə olunub. Həmin uğura ZVS – Zəka Vilayətoğlu Studiyası imza atıb. Yəni ZVS-nın istehsalı olan “Şah ölüm” filmi Park Cinema şəbəkəsinin repertuarında 14 gün ardıcıl olaraq nümayiş etdirilib.
Böyük tamaşaçı marağını özünə çəkən və paralel olarak bir neçə ünvanda yayımlanan filim barəsində müsbət rəylər də artıq içtimailəşibdi.Qeyd edək ki, müstəqil filmlərin kinoteatr repertuarında uzun müddət saxlanılması çox nadir hallarda baş verir.
Məhz bu pirizmadan baxanda aydın bir şəkildə görünür ki, bu filmin iki həftə boyunca tamaşaçılarla görüşməsi həm Park Cinema-nın etimadının, həm də tamaşaçı marağının göstəricisidir.Xatırlatmaq yerinə düşər ki, “Şah ölüm” filmi tarixi, bədii-sənədli üslubda çəkilib . Bu filim daha çox həyat reallığına söykənərək 1918–1920-ci və 1929-1930-cu illərdə gədəbəyli əsilzadə Məcid ağa Şəkibəyov və silahdaşlarının düşmənlərə qarşı qəhrəmanlıq mübarizəsini özündə əks etdirir.
Artıq birmənalı olaraq tamaşaçı sevgisi qazanmış filmin müəllifi və baş rol ifaçısı tanınmış yazıçı, şair, bəstəkar.və müğənni Zəka Vilayətoğlu bu ekran əsərində özünü aktyor kimi də sınaqdan çox ustalıqla keçirə bildi., "Şah ölüm"-lə bağlı yenises.az-a danışan Zəka Vilayətoğlu bildirdi ki, o, bu nailiyyəti Azərbaycan müstəqil kinosunun inkişafı üçün önəmli addım hesab edir.