Sea Breeze

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi İT sistemlərini “Hökumət buludu”na köçürüb.

“AzInTelecom”dan bildirilib ki, idarə informasiya sistemləri və ehtiyatlarını qismən “AzInTelecom” MMC-yə məxsus Bakı Əsas Data Mərkəzinə yerləşdirib.

“AzInTelecom” Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə Virtual server – IaaS (Infrastructure-as-a-Service) və Rezervlənmə – BaaS (Backup-as-a-Service) “bulud” xidmətlərinin göstərilməsini təmin edib.

Bununla da qurum öz kritik sistemləri üçün daha dayanıqlı və əlçatan İT infrastrukturu əldə edib.

“Hökumət buludu” layihəsini “AZCON Holding”in şirkətlərindən olan “AzInTelecom” icra edir. Layihə çərçivəsində dövlət qurumlarının İT sistemlərinin Bakı Əsas və Yevlax Ehtiyat data mərkəzlərinə tam və ya qismən miqrasiyası həyata keçirilir. Miqrasiya nəticəsində qurumların İT xərcləri azalır, informasiya sistemləri ölkə daxilində – vahid mərkəzdə saxlanılır. Təkmilləşdirilmiş informasiya təhlükəsizliyinə və 24/7 rejimində monitorinq xidmətinə nail olunur.

Baku Build
ETX
Baku Water Week
ETX
Baku Water Week
ETX