EN

Taleh Qaraşov kənd sakinləri ilə görüşdü FOTOLAR

Unikal.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Sentyabrın 24-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov razılaşdırılmış qrafikə uyğun olaraq növbəti səyyar görüş-qəbulunu Hirkan qəsəbə və Parakənd kəndinin sakinləri ilə keçirib.

"Unikal" xəbər verir ki, səyyar görüşdə şəhər İcra hakimiyyəti başçısı aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, yerli idarə və təşkilatların nümayəndələri iştirak ediblər.

Qaraşov ötən görüşdə qaldırılan məsələlərin icra vəziyyəti barədə yerli insanları məlumatlandırıb.

Bütün müraciətlərin şəxsi nəzarətində olduğunu qeyd edən icra başçısı vətəndaş-məmur münasibətlərində yeni düşüncə tərzinin formalaşmasının, dövlət qulluğunun xalqa xidmət mənasını ifadə etməsinin və qarşılıqlı açıq dialoq mühitinin inkişafının müasir dövrün tələbi olduğunu bildirib. Səyyar görüş-qəbulda ədalətli qaldırılan və yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid olan məsələlər yerindəcə həllini tapıb, digər məsələlər barədə səlahiyyətli şəxslərə aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına rəsmi müraciətlərin ünvanlanması və nəticəsi barədə vətəndaşların qanunamüvafiq  müddətdə məlumatlandırılması tapşırılıb. Hirkan qəsəbə və Parakənd kəndinin sakinləri səyyar görüşdə icra başçısına açıq, birbaşa və maneəsiz müraciət etmək üçün yaradılan şəraitdən məmnun qalıblar. Məmur-vətəndaş arasındakı münasibətlərin, etimad mühitinin daha da möhkəmlənməsindən, sosial-iqtisadi inkişafdan razılıqlarını ifadə ediblər və bütün bunlara görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
15
unikal.az

1Sources