İlhaq edilmiş Krımda Ukrayna Müdafiə Qüvvələri Rusiyanın iki An-26 təyyarəsini məhv edib, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi bildirib.
Baş Kəşfiyyat İdarəsi bildirib ki, yarımadaya reyd zamanı Ukrayna hərbi kəşfiyyatının xüsusi təyinatlı qüvvələri Rusiyaya məxsus iki An-26 nəqliyyat təyyarəsini yandırıb, həmçinin yerüstü radar stansiyasını və MR-10M1 Mys M1 sahil radarını məhv edib.
Baş Kəşfiyyat İdarəsi əlavə edib ki, bu itkilər Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının sentyabrın 24-nə olan hesabatında qeyd olunub.
An-26 turbovintli çoxməqsədli nəqliyyat təyyarəsidir. Açıq mənbələrin məlumatına görə, o, yüksək sabitlik, idarəetmənin asanlığı, sadə pilotlaşdırma texnikası və pilot kabinəsindən yaxşı görünmə qabiliyyəti ilə xarakterizə olunur.
Daha əvvəl bildirilmişdi ki, cümə axşamı, sentyabrın 25-də Ukrayna Müdafiə Qüvvələri Zaporojjya vilayətində Rusiyanın Su-34 təyyarəsini vurub.
Əziz Mustafa