EN

Makronla gizli yazışmaları üzə çıxdı, barəsində araşdırma başladı..


Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bu dəfə mesaj qalmaqalına görə hədəfdədir. Bu barədə Avropa Parlamentinin macarıstanlı üzvü Kinqa Qal "X" sosial şəbəkəsində bildirib. Onun sözlərinə görə, Avropa Ombudsmanı Aİ-nin "Mercosur" (Cənubi Amerika ümumi bazarı) ilə razılaşması ilə bağlı Lyayenin Fransa Prezidenti Emmanuel Makronla gizli mesajları ilə bağlı araşdırmaya başlayıb.
"Pfizergate" qalmaqalında olduğu kimi, bu mesajlar da yoxa çıxdı. Bu hal bir daha Avropa Komissiyasının fəaliyyətində şəffaflığın olmadığını nümayiş etdirir. Bizə gizli danışıqlar və yoxa çıxan mesajlar deyil, Aİ institutlarında real şəffaflıq lazımdır", - macar deputat yazıb.

Mətləb Salahov

Chosen
8
2
baki-xeber.com

3Sources