EN

Zelenskiyə sərt sözlər: Əvvəl ağzını yu...

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

“Gürcü Arzusu” partiyası fraksiyasının sədri İrakli Kirtsxaliya Ukrayna Prezidenti Volodimir Zelenskinin BMT-də çıxışı zamanı Gürcüstanla bağlı dediklərinə münasibət bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, “Rustavi 2” telekanalına danışıb.

“Zelenski növbəti dəfə Gürcüstan haqqında mənfi danışmağa cəsarət etdi. O, bizi təhqir etməmişdən əvvəl gərək ağzını yusun, sonra ölkəmiz haqqında danışsın”, – deyə siyasətçi bildirib.

Qeyd edək ki, V.Zelenski ötən gün BMT-nin Baş Assambleyasında çıxışı zamanı deyib ki, Gürcüstanda insan haqları və dövlət quruluşunun Avropa xarakteri yalnız tənəzzül edir. O, Gürcüstanın Rusiyadan asılı olduğunu əlavə edib.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
19
globalinfo.az

1Sources