EN

Bələdiyyələrdə gender komitələri yaradılır - FOTO

"Genderin ailələrdə müzakirəsi ilə bağlı bələdiyyələrə müraciət etdik və orada gender komitələrinin yaradılmasını təmin etdik".

News24.az xəbər verir ki, bu sözləri “Gender bərabərliyi və gender-əsaslı ayrı-seçkilik” mövzusunda keçirilən təlimdə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova deyib.

Onun sözlərinə görə, komitə “Qız uşaqlarına dəstək layihəsi”ni həyata keçirir: 

“Ailədaxili zorakılığa məruz qalmış qızlar Təhsil İnstitutu ilə birgə müəyyən ediləcək və imtahanlarda yüksək nəticə göstərən qızlara dəstək veriləcək. Bu aksiya yaxın vaxtlarda gerçəkləşəcək”.

Xeyrənsə Piriyeva


Chosen
57
1
news24.az

2Sources