EN

 PSİXOLOQ: “ …bu kimi səbəblər  boşanmalara yol açır”

Bir çoxumuzun eşitdiyi belə bir deyim var: Evlilik, bir evi bölüşmək deyil, bir ömrü bölüşməkdir. Görəsən, doğrudanmı bu deyim bütün evliliklərə aiddir. Ümumi statistik nəticələrə görə, Azərbayacanda daha çox erkən nikahların pozulması müşahidə olunur. Həmin an o məşhur sualı xatırlayırıq: “Kimdir günahkar”?!

Hər iki tərəf günahkar axtarmağa başlayır.  Evliliyə addım atanda verilməli olan bütün suallar boşanma mərhələsində ortaya çıxır. Təəssüf ki, bütün bunlar məsələnin həllini tapmaqda yardımçı olmur. 

Mözvu ilə bağlı Adalet.az-a danışan psixoloq Nəmin Ağayeva erkən nikah pozuntusunun təkcə Azərbaycanda yox, bütün dünya miqyasında da tez- tez rast gəlinən hal  olduğunu qeyd edib:

“Erkən nikah dedikdə emosianal və sosial baxımdan yetkinləşməmiş gənclərin  evlilikləri nəzərdə tutulur.  Erkən nikahın təkcə ölkəmizdə deyil, dünyada miqyasındakı statistikası heç də ürəkaçan deyil. Təkcə erkən nikahlarda deyil, ümumiyyətlə, boşanma faktorunun  səbəbləri var. Bunların bir neçəsini saya bilərəm. Psixoloji yetkinliyin olmaması, ailə həyatına dair real gözləntilərin olmaması , maliyyə və sosial müstəqilliyin olmaması,  valideyn və ətrafın  təzyiqi, kommunikasiya bacaraığının zəifliyi , erkən yaşda valideynlik – bu kimi səbəblər  boşanmalara yol açır. Və bəzən də boşanma faktorunu tezləşdirir”.

N.Ağayeva ailə qurulan zaman diqqət olunmalı məqamları açıqlayıb:

“İnsanlar bəzən düşünürlər ki, partnyoru düşünüb evlənmək lazımdır. Ancaq bu yalnışdır. İnsan ilkin olaraq özünü tanımalı və qəbul etməlidir. Daha sonra qarşı tanımaq lazımdır. Yəni burada vacib məqam insanın özünü dərk etməsidir. Məsuliyyətə hazır olmalı və kommunikasiya bacarığını  genişləndirməlidir.  Burada emosianal dayanıqlıq, gözləntilərin real olması və şəxsi sərhədləri qorumaq  önəmli məqamlardır. 
Ümumiyyətlə, erkən nihakın pozulma səbəbi emosional, sosial, maliyyə baxımından  yetkinliyin olmamasıdır”.

Əntiq Kərimzadə 
 

Chosen
6
1
adalet.az

2Sources