EN

Avropa Komissiyasının sədri ilə Fransa prezidenti gizli yazışması ortaya çıxdı- QALMAQAL

Avropa Komissiyasının sədri Ursula von der Leyen, Fransa prezidenti Emmanuel Makronla Aİ və Cənubi Amerika ticarət bloku MERCOSUR arasında bağlanacaq razılaşma ilə bağlı göndərdiyi məxfi yazışmalar səbəbilə yeni qalmaqalın mərkəzinə düşüb. Macarıstan parlamentinin deputatı Kinga Gál, məsələyə dair araşdırma başlandığını açıqlayıb.

Vətəninfo.az xəbər verir ki, Gálın sözlərinə görə, araşdırma Avropa Ombudsmanı tərəfindən aparılır və Avropa Komissiyasının işində şəffaflıq pozuntularının olub-olmadığını müəyyən etməyə yönəlib. O, X sosial şəbəkəsində yazıb: “Fon der Leyenin mesajları ilə bağlı daha bir qalmaqal yaranır. Avropa Ombudsmanı, onun Aİ-MERCOSUR razılaşması ilə bağlı Fransa prezidenti Emmanuel Makrona göndərdiyi məxfi mesajlarla bağlı araşdırma açıb.”

Kinga Gál həmçinin, bu yeni insidenti “Pfizergate” qalmaqalı ilə əlaqələndirib. Xatırladaq ki, 2020-ci illərdə Avropa Komissiyasının sədri, Pfizer əczaçılıq şirkəti ilə bağlı vaksin tədarükü məsələsində düzgün idarəetməməklə ittiham olunmuşdu. O zaman da, məxfi yazışmaların sızması və sonra silinməsi məsələsi gündəmə gəlmişdi.

2025-ci ilin avqustunda New York Times qəzeti, von der Leyen və Pfizer-in baş direktoru Albert Bourla arasında COVID-19 peyvəndinin alınması ilə bağlı yazışmaların itirildiyini bildirmişdi. Bu ilin may ayında isə Avropa Ədalət Məhkəməsi, Avropa Komissiyasının vaksinlərin alınması ilə bağlı qiymətlərin gizlədilməsi və maraqların toqquşması məsələsində sübutları təqdim etmədiyini qərara alıb. Bu qalmaqal “Pfizergate” adı ilə məşhurlaşıb. O vaxt, vaksin tədarükü müqaviləsinin dəyəri təxminən 35 milyard avro olub ki, bu da Aİ əhalisinin tələbatını əhəmiyyətli dərəcədə üstələyirdi.

RT-nin verdiyi məlumata görə, bundan əvvəl Avropa Komissiyasının rəhbərinə qarşı etimadsızlıq səsverməsi keçirilib.

Hazırda Avropa Ombudsmanının apardığı araşdırma, von der Leyenin daxili məlumatlarının saxlanması və dərc edilməsi prosedurlarının pozulub-pozulmadığını qiymətləndirir. Araşdırma həmçinin, Aİ və MERCOSUR ölkələri arasında danışıqlar prosesinə məxfi yazışmaların mümkün təsirini də nəzərdən keçirəcək.

Chosen
6
veteninfo.az

1Sources