Bu fikirləri aia.az-a verdiyi açıqlamasında ictimai-siyasi xadim, Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi səsləndirib.
Partiya sədri fikirlərini davam etdirərək Vətən mühaibəsinin gedişində ölkmizə qarşı ikinci cəbhə kimi açılan informasiya savaşında cənab Prezident İlham Əliyevin nümayiş etdirdiyi yüksək diplomatik çeviklikdən danışıb: “Vətən müharibəsi yalnız cəbhədə deyil, informasiya meydanında da gedirdi. Ermənistan tərəfi saxta məlumatlarla dünyanı aldatmağa çalışsa da, Ölkə Prezidenti cənab İlham Əliyev öz peşəkar və prinsipial çıxışları ilə bu blokadanı yarmağı bacardı. Müharibə dövründə və sonrasında onlarla nüfuzlu beynəlxalq mediaya verdiyi müsahibələrlə Azərbaycan həqiqətlərini dünyaya çatdırdı. Dövlət başçımzın qətiyyətli, faktlara əsaslanan mövqeyi Azərbaycanın informasiya savaşında üstünlük qazanmasında həlledici rol oynadı. Cənab Prezidentin bu sahədəki çoxvektorlu fəaliyyəti diplomatik cəbhədə də böyük qələbəni təmin etdi. Bləliklə, Azərbaycan Ordusunun 44 günlük müharibədə göstərdiyi qəhrəmanlıq, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin dəmir iradəsi ilə birləşərək tarix yazdı. Savaş boyu strateji qərarlar, düzgün hərbi-siyasi yanaşma və xalqla qurulan səmimi ünsiyyət Azərbaycanın qələbəsini təmin etdi. Ermənistan və onun havadarlarının illərlə bölgədə qurmağa çalışdığı planlar iflasa uğradı. Bu zəfər sadəcə hərbi yox, həm də siyasi və mənəvi üstünlüyün təntənəsi idi.”
3Sources
-
demokrat.azAdəm İsmayıl Bakuvi: “Cənab Prezident İlham Əliyev öz peşəkar çıxışları ilə informasiya blokadasını yarmağı bacardı” ( 21718036)
-
demokrat.azAdəm İsmayıl Bakuvi: “Cənab Prezident İlham Əliyev öz peşəkar çıxışları ilə informasiya blokadasını yarmağı bacardı” ( 21717997)
-
aia.azAdəm İsmayıl Bakuvi: “Cənab Prezident İlham Əliyev öz peşəkar çıxışları ilə informasiya blokadasını yarmağı bacardı” ( 21716947)