EN

TƏBİB 23 yaşlı oğlanın ölüm səbəbini açıqladı

Xəbər verdiyimiz kimi, Bakının Nərimanov rayonu ərazisində 23 yaşlı oğlan müəmmalı şəkildə vəfat edib.

23 sentyabr saat 20 radələrində 2002-ci il təvəllüdlü Nihad Camal oğlu Seidəliyev özünü pis hiss edib.

O, xəstəxanaya aparılarkən yolda ölüb.

N.Seidəliyevin hansı səbəbdən öldüyü hələlik məlum deyil.

Bəs 23 yaşlı oğlan hansı səbəbdən vəfat edib?

“Cebheinfo.az”-ın sorğusuna Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, həkiməqədər ölüm faktı qeydə alınıb:

“23.09.2025-ci il tarixində saat 18:32-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nərimanov rayonu ərazisindən 23 yaşlı şəxsin (kişi cinsli) huşunun itməsi səbəbilə çağırış qeydə alınıb. Saat 18:39-da çağırış ünvanına təcili tibbi yardım briqadası çatıb. Təcili tibbi yardım briqadası tərəfindən həkiməqədər ölüm faktı qeydə alınıb”.

Chosen
83
cebheinfo.az

1Sources