EN

Şarl Mişel: Zəngəzur dəhlizinin açılması Azərbaycanla Ermənistan arasında sülh sazişinin həyata keçirilməsinə təkan verəcək VİDEO

Nyu-York, 25 sentyabr, AZƏRTAC

“Bir neçə il bundan əvvəl Azərbaycan və Ermənistan üçün bir-birini daha yaxşı başa düşmək və məkan tapmaq son dərəcə çətin idi. Mən Brüssel formatı ilə əlimdən gələni etməyə çalışmışam”. Bu sözləri AZƏRTAC-a açıqlamasında Avropa Şurasının keçmiş prezidenti Şarl Mişel deyib. O, bildirib ki, Brüsseldə Azərbaycanla Ermənistanın danışıqlar aparması üçün bır sıra fürsətlər baş tutub: “Bəzən çox çətin idi, çünki fikir ayrılığı var idi. Amma mən hiss etdim ki, irəliləyiş əldə etmək və sülh sazişinə doğru müəyyən addımlar atmaq üçün iradə var. Mən çox şadam ki, bu addımlar atılır. Bilirəm ki, hələ bəzi çətinliklər var, amma ərazi bütövlüyünü möhkəmləndirmək, qarşılıqlı suverenliyin tanınmasını təmin etmək üçün çalışmaq vacibdir. Qarşılıqlı əlaqə çox vacib məsələdir, çünki uzunmüddətli perspektivdə iqtisadi layihələr nə qədər çox olarsa, investisiyalar da bir o qədər artacaq. Mən çox şadam ki, bizim Ermənistanla Azərbaycan arasında birbaşa danışıqlara kömək etmək üçün bəzi fürsətlərimiz olub. Ümid edirəm ki, gələcəkdə bu irəliləyişləri möhkəmləndirmək mümkün olacaq”, - deyə Şarl Mişel əlavə edib

O, Zəngəzur dəhlizinin açılmasının iki ölkə arasında sabitliyin möhkəmlənməsinə və sülh sazişinin həyata keçirilməsinə təkan verəcəyini deyib. Şarl Mişelin sözlərinə görə, dəhliz Avropa İttifaqı ilə Qafqaz və Mərkəzi Asiya arasında bağlantı yaradacaq.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Nyu-York

 

Chosen
11
10
azertag.az

10Sources