EN

YAP Kürdəmir rayon təşkilatında partiyanın veteran üzvlərilə görüş keçirilib

ain.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatında partiyanın veteran üzvlərindən olan Mirzaliyev Şərbala Mirzalı oğlunun və Zahidov Zülfi Ərəstun oğlunu 70 illik yubileyləri münasibətilə görüş keçirilib.

YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov yubilyarları təbrik edərək onlara möhkəm cansağlığı, uzun ömür, səadət dolu günlər arzulayıb.

Yubilyarlar Şərbala Mirzaliyev və Zülfi Zahidov göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildirərək Yeni Azərbaycan Partiyası sıralarında təmsil olunmalarının onlar üçün böyük qürur olduğunu söyləyiblər.

YAP Kürdəmir rayon təşkilatı tərəfindən Şərbala Mirzaliyevə və Zülfi Zahidova partiya dəyərlərinin təbliğində və ictimai proseslərdə uzun illər aktiv iştiraklarına görə Fəxri Fərmanlar və hədiyyələr təqdim edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
5
1
sesqazeti.az

2Sources