EN

Sabah güclü külək əsəcək

Bakı. Trend:

Sentyabrın 26-da Azərbaycanda bəzi rayonlarda yağış yağacağıgözlənilir.

Bu barədə Trend-ə MilliHidrometeorologiya Xidmətindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludluolacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Lakin axşam bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağıehtimalı var. Mülayim cənub-qərb küləyi axşam arabir güclənənşimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 15-18° isti, gündüz 22-26° isti olacaq.Atmosfer təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununayüksələcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 60-70 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcək.Lakin gündüz şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdəarabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrıyerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalıvar. Bəzi yerlərdə arabir duman. Qərb küləyi bəzi yerlərdə arabirgüclənəcək.

Havanın temperaturu gecə 14-18° isti, gündüz 22-27° isti,dağlarda gecə 3-8° isti, gündüz 12-17° isti olacaq.

Xəbər yenilənəcək

Chosen
4
49
az.trend.az

10Sources