EN

İsrailin bu şəhəri VURULDU

Yəmənin Ənsar Allah hərəkatından olan husilər iki pilotsuz təyyarə ilə İsrailin Eylat şəhərinə hücum edib.

Vətəninfo.az xəbər verir ki , bu barədə husilər hərəkatına məxsus “Al Masirah” telekanalı məlumat yayıb.

Husi sözçüsü Yəhya Sari iki pilotsuz təyyarənin İsrailin Umm əl-Rəşraş (Eilat) şəhərində iki hədəfə hücum etdiyini bildirib. Bəyanatda əməliyyatın məqsədlərinə uğurla nail olunduğu təsdiqlənib və İsrail sistemlərinin pilotsuz təyyarələri ələ keçirə bilmədiyi qeyd edilib.

Sözçünün sözlərinə görə, bu, son 24 saat ərzində Eylat şəhərinə ikinci hücumdur. O əlavə edib ki, zərbələr Beer Şeva şəhərinə də endirilib.

Husilər Fələstin xalqına dəstək üçün əməliyyatları davam etdirməyə sadiq olduqlarını bir daha təsdiqləyiblər.

İsrail Müdafiə Qüvvələri (IDF) Yəməndən atılan pilotsuz təyyarənin Eylat yaxınlığında qəzaya uğradığını bildirib. Hazırda ərazidən dinc sakinlər təxliyə edilir və ilkin tibbi yardım göstərilir.

Eylatda pilotsuz təyyarənin qəzaya uğraması nəticəsində ən azı 20 nəfərin yaralandığı bildirilir.

Qəzza münaqişəsi 2023-cü ildə başlayandan bəri husilər Qəzzaya dəstək adı altında İsrailə raket zərbələri endirib və davam etdirirlər. İsrail də Yəmənin müxtəlif ərazilərinə zərbələr endirir.

Chosen
13
veteninfo.az

1Sources