EN

Ay paslanır - Hadisənin qeyri-adi səbəbi açıqlandı

BAKI, 25 sentyabr. TELEQRAF

Ayın səthi paslanır və buna Yer kürəsindən gələn küləklər səbəb olur.

Teleqraf xəbər verir ki, bu barədə “Geophysical Research Letters” məlumat yayıb.

Elmi nəşr yazıb ki, Yerin atmosferindən gələn oksigen hissəcikləri Aydakı mineralları pas kimi tanınan hematitə çevirə bilir.

Makao Elm və Texnologiya Universitetindən planetşünas Şix Xin deyib: “Bu kəşf planetimizlə Ay arasındakı sıx əlaqəni anlamaqda yeni bir fəsil açır”.

Mənbə bildirib ki, Ay və Yer tez-tez Günəş küləyi – ulduzumuzdan gələn hissəciklər axını ilə üzləşir. Ancaq hər ay təxminən beş gün Yer Günəşlə eyni xətdə olur və Ay bu zaman Günəş küləyini - Yerin atmosferində mövcud olan hidrogen, oksigen, azot və digər ionları qəbul edir. Onlar Aya düşür, torpağın üst qatlarına nüfuz edir və kimyəvi reaksiyalara səbəb olur.

Kəşf Ay kraterlərində hematit (pas) aşkar edən Hindistanın “Chandrayaan-1” missiyasının əldə etdiyi məlumatlara əsaslanır.

Hematit dəmirlə zəngindir, su və oksigenin qarşılıqlı təsiri nəticəsində əmələ gəlir. Bununla belə, rütubətin demək olar ki, tamamilə olmadığı Ayda oksigenin mənbəyi sirr olaraq qalırdı. Amma yeni laboratoriya sınaqları onun Yer küləyinin vasitəsilə Aya nüfuz etdiyini iddia edir.

Chosen
30
teleqraf.com

1Sources