EN

Domino effekti

ain.az, Reyting.az portalına istinadən məlumatı açıqlayır.

Nurlan UMUDOVPrezident yanında Dövlət İdarəçilik Akademiyasının Milli təhlükəsizlik və siyasi strategiya ixtisası üzrə magistrantıSon günlər baş verən hadisələr beynəlxalq aləmdə qlobal və regional təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirir. İsrailin Qətər torpaqlarında HƏMAS-a qarşı əməliyyatı, Rusiyaya məxsus dronların Polşa sərhəddini keçməsi, ABŞ-nın Venesuala sahillərindəki hərbi aktivliyi beynəlxalq təhlükəsizliyə təhdid yaratmağa davam edir və dünya üzrə sabitliyin pozulmasına, xaosun hökm sürməsinə səbəb olur. Bu hadisələrlə yanaşı son zamanlar gündəmi zəbt edən bir digər məsələ isə Nepalda baş verdi.Hindistan və Çinin arasında yerləşən, iki dövlət arasında xüsusi strateji əhəmiyyətə malik olan və Himalay dağının üzərindəki Nepalda artıq bir müddətdir davam edən iğtişaşlar və etirazlar dövlət rəhbərliyinin və məmurların hakimiyyətdən uzaqlaşdırılması ilə nəticələndi. Bu çevrilişin arxasında duran əsas qüvvə isə “Z” nəsli adlandırılan cavanlar idi. Ölkədə mövcud olan özbaşınalıq, korrupsiya, xalqın yaşam səviyyəsinin olduqca aşağı olması baş verən hadisələrin əsas səbəbləri kimi göstərilsə də, burada bir sıra başqa vacib məqamlar da mövcuddur. Təbii ki, xalqın bu addımı atmasında əsas səbəblər məhz yuxarıda adıçəkilən məsələlər olsa da, bəzi siyasi və strateji amillər də var ki, bu da həmin regionda bu cür hadisələrin baş verməsinə gətirib çıxarır. Həmçinin, bu, yaxın gələcəkdə digər həmsərhəd dövlətlərdə də baş verə bilər. İlk növbədə Nepal Çin və Hindistan kimi dünya nəhəngləri olan dövlətlərin arasında yerləşir. Belə olduğu təqdirdə, hər iki dövlətin şəxsi maraqları məhz Nepal üzərində kəsişə bilir. Birbaşa və açıq şəkildə müdaxilə və təzyiqlər göstərməsələr belə, bu və bu kimi dövlətlərin müəyyən marionet şəxslərin nəzarətində olması, sürətli inkişafdan geri qalması hər iki dövlət tərəfindən arzulana bilər: Nepal Hindistan üçün vacibdir, çünki öz dövlətinin daxilində yüz milyonlarla insan yoxsulluq səviyyəsində yaşayır. Belə olan vəziyyətdə qonşuluğunda yerləşən və özündən qat-qat kiçik və zəif olan dövlətin inkişaf etməsini, xalqının rifah içində yaşamasını qəbul edə bilməz. Belə olacağı təqdirdə zamanla Hindistan xalqı da öz yoxsulluq səviyyəsindən şikayətlənib ayaqlanar və mövcud rejimə qarşı çıxa bilər. Bu da Hindistanın maraqlarına ziddir, buna görə baş verən hadisələr onlar tərəfindən xoş qarşılanmayacaqdır.Digər tərəfdən, Çin üçün Nepalın həm strateji yerləşmə mövqeyi vacib əhəmiyyətə malikdir, həm də Hindistanla arasında bufer zona təşkil edir. Buna görə də Hindistanın təsir dairəsinə düşməsinə, onun maraqlarına xidmət etməsinə qarşı çıxa bilər. Bir tərəfdən Himalay dağ silsiləsinə nəzarət üçün, digər tərəfdən Hindistanın Nepalda olan nüfuzunu zəiflətmək üçün bu istiqamətdə addımlar atılmış ola bilər.Bununla yanaşı Nepal hadisələri Cənub Şərqi Asiyada son illərdə baş verən ilk hadisə deyil. Demək olar ki, domino effektinin verdiyi təsirdə burada mühüm rol oynaya bilər. Nepala qədər həmin regionda bir sıra dövlətlərdə də daxili çəkişmələr, iğtişaşlar və etiraz aksiyaları baş vermişdir. Məsələn, 2022-ci ildə Şri-Lankada, 2024-cü ildə Banqladeşdə və 2025-ci ildə İndoneziyada mövcud rejimə və əhalinin rifah səviyyəsində olan problemlərə qarşı ayaqlanmalar mövcud olmuşdur. Bunlarda öz növbəsində Nepalda baş verən hadisələr üçün mühüm təkan rolunda çıxış edə bilər.Bir digər amil Hindistanın ABŞ-nın irəli sürdüyü təkliflərə qarşı çıxması və Rusiya ilə ticarətinə, əməkdaşlığına davam etməsidir. Belə olan halda Nepalda baş verən hadisələrə müəyyən dərəcədə ABŞ-də müdaxilə etmiş ola bilər. Hindistanın zəiflədilməsi, qarşıya qoyulan şərtlərlə razılaşdırılması üçün təzyiq vasitəsi kimi qonşu dövlətlərdə, xüsusən də sıx əməkdaşlıq içində olan dövlətlərdə bu cür hadisələrin baş verməsi nəzərdə tutula bilər. Çünki Hindistan hər nə qədər güclü dövlət rolunda çıxış etməyə çalışsa da, daxildə çox ciddi sosial problemlərlə üz-üzədir. Əhalinin sürətli artımı və yoxsulluğun qarşısının alınmaması halları aktualdır. Nepalla iqtisadi-ticari və nəqliyyat əlaqələri ilə yanaşı, ortaq dil və etnik əlaqələrinin olması, burada baş verəcək hadisələrin zamanla Hindistana sıçramasına səbəb ola bilər. Belə olan halda Hindistan öz daxili işləri ilə məşğul olduğu müddətdə ABŞ daha rahat və asan şəkildə şərtlərini və tələblərini irəli sürə biləcək. Yuxarıda qeyd olunan hər bir ehtimal mümkündür və mövcud vəziyyət yalnızca Nepal ilə kifayətlənməyə bilər. Nepal kimi regionda bir sıra dövlət mövcuddur ki, ciddi sosial problemlərlə qarşı-qarşıyadırlar. Onların sırasına Laos, Kamboca, Myanmar, Butan kimi dövlətlər daxildir. Bu da öz növbəsində domino effektinin davam edə biləcəyini göstərir. Unutmaq olmaz ki, yaxın keçmişdə “Ərəb Baharı” adı ilə bu cür hadisələr eynilə Şimali Afrika, Yaxın Şərqdə baş vermişdir. Tunisdə başlayan etirazlar, iğtişaşlar eyni formada digər ərəb dövlətlərinə sıçramışdı və həmin regionlara öz mənfi təsirini göstərmişdir. Nepalda baş vermiş hadisələr də öz növbəsində digər region dövlətlərində baş verə bilər. Nəticədə regionda təhlükəsizlik problemləri arta, sülh və sabitlik pozula bilər. Belə halların baş verməsinin qarşısının alınması isə, ilk növbədə həmin dövlətlərin öhdəliyinə düşür. Nepal və digər dövlətlərdə baş verən hadisələrdən dərs çıxarmalı və siyasətlərində tətbiq etməlidirlər. Əks təqdirdə region sülh və əmin-amanlıqdan uzaqlaşıb xaos ortamına çevriləcəkdir. Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
10
1
reyting.az

2Sources