EN

Əhmədzadə ilə əməkdaşlıq edən Azərbaycan klubları

Azərbaycanın iqtisadi təhlükəsizliyinə qarşı təxribat törətmək və külli miqdarda mənimsəmə ittihamları ilə həbs edilən Adnan Əhmədzadənin çirkin əməlləri üzə çıxmaqda davam edir.

Səbail Rayon Məhkəməsi sentyabrın 20-də onun barəsində 4 aylıq həbs-qətimkan qərarı verib. Bu o deməkdir ki, Əhmədzadə barəsində istintaq araşdırmaları davam edəcək.

"Cebheinfo.az" Oxu24.com-a istinadən  xəbər verir ki, publika.az sizi Adnan Əhmədzadənin futbol sevgisi fonunda Azərbaycan klublarının maliyyələşdirməsi ilə bağlı məlumatlarla tanış edəcək.

Bəli, dövlətin külli miqdarda vəsaitini oğurlayan bu şəxsin futbola olan marağı və bu sahədəki dostluq münasibətləri hər kəsə məlumdur. O, Lionel Messi, Ronaldinyo kimi əfsanəvi futbolçular, Xuan Laporta kimi tanınmış funksionerlə dostluq münasibətləri qurub. Bütün bunlar onun mənimsədiyi pullar sayəsində reallaşıb. Əhmədzadə onlarla münasibətlərini şəxsi piarında istifadə edib.

Son vaxtlar isə Azərbaycan futboluna maraq göstərməyə başlayıb. Əvvəlcə ASTA (Azerbaijan Sport Talents Academy) futbol akademiyası yaradıb. Bir müddət sonra – bu ilin yanvarında “Mingəçevir” klubunu məhz ASTA şirkəti vasitəsilə maliyyələşdirməyə başlayıb. O, klubu çox yaxın dostu və adamı Rafael Bunyatova tapşırıb. Bu ilin gedişində o, daha bir klubun maliyyələşməsində iştirak edib. “Kəpəz”in sponsorluğunu öz üzərinə götürdüyü ilə bağlı iddialar var. Gəncə təmsilçisinin İdarə Heyətinin sədri Adil Vəliyev məhz Əhmədzadəyə yaxın münasibəti ilə tanınır. Hətta onun “sağ əli” olduğu da iddia edilir.

"Cebheinfo.az" 

Chosen
15
17
cebheinfo.az

10Sources