EN

Kamal Umudlu “Dinamo”nun oyununu idarə edəcək

FIFA referisi Kamal Umudlu növbəti təyinat alıb.

Msport.az xəbər verir ki, K.Umudlu UEFA Gənclər Liqasının I turu çərçivəsində keçiriləcək “Ordabası” (Qazaxıstan) – “Dinamo” (Minsk, Belarus) oyununun baş hakimi olacaq.

Ona Namik Hüseynov və Rəhman İmami kömək edəcəklər. Dördüncü hakim funksiyasını qazaxıstanlı Saken Baiymbet yerinə yetirəcək.

Sentyabrın 26-da Çimkənd şəhərində yerləşən “Namys” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.

Chosen
2
6
msport.az

3Sources