EN

Adnan Əhmədzadənin Dubayda 67 milyonluq dəbdəbəli mənzili - FOTO


Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilən iş adamı Adnan Əhmədzadə ilə bağlı daha bir fakt üzə çıxıb.


NUH.az   bildirir ki, Teleqraf-ın əldə etdiyimiz məlumata görə, iş adamı qanunsuz yollarla əldə etdiyi pullar hesabına Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) də özünə dəbdəbəli və bahalı mənzil alıb.

Söhbət “Baccarat Residences in Downtown Dubai” (və ya “Baccarat Hotel & Residences Dubai”) yaşayış-otel kompleksində 67 milyon dirhəmə alınan mənzildən gedir. 67 milyon dirhəm - 31 milyon manat və ya 18 milyon dollar.

İki qülləli bina otel və yaşayış kompleksindən ibarətdir.


Burada “Baccarat” brendi altında idarə olunan 5 ulduzlu otel yerləşir.

“Residences” hissəsi də, adından məlum olduğu kimi, yaşayış kompleksidir - premium mənzillər və penthauslar.

Bura iki prizmatik (şüşə fasadlı) qüllədən ibarət ultra-lüks rezidensdir, 48 mərtəbədir. “Sheikh Zayed Road” yaxınlığındadır, “Business Bay”, DIFC, “Burj Khalifa”, “Dubai Mall”, “Dubai Opera” kimi ticarət, biznes və mədəniyyət mərkəzlərinə nəqli baxımdan əlçatandır. Bölgəyə əlaqələndirilmiş əsas yol şəbəkələri (“Sheikh Zayed Road” kimi) avtomobillə hava limanına təxminən 15-20 dəqiqədir.

Həmin kompleksdə mənzillərin qiyməti aşağıdakı kimidir:

İki otaqlı mənzil - 18-22 milyon dirhəm

Üç otaqlı mənzil - 27-28 milyon dirhəm

Dörd - otaqlı mənzil - 45-47 milyon dirhəm

Beş otaqlı mənzil – 65-76 milyon dirhəm

Belə məlum olur ki, Adnan Əhmədzadə Dubayın mərkəzində beş otaqlı mənzilin sahibi olub.

“Baccarat Hotel & Residences Dubai” çəkici edən həm də mənzərəsidir. Penthauslarda və yüksək mərtəbələrdə panoramik mənzərələr: “Burj Khalifa”, “Dubai Fountain”, “Business Bay”, DIFC, “Dubai Mall”, “Dubai Opera” və sair.

“Baccarat Residences Downtown Dubai” binasının tamamlanma (təhvil verilmə) tarixi 2026-cı ilin 4-cü rübü olaraq planlaşdırılır.


Chosen
7
22
nuh.az

10Sources