AFFA İntizam Komitəsi "Sabah", "Qarabağ" və "Araz-Naxçıvan" klublarını cərimələyib.

Offsideplus.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

“Araz Naxçıvan” 500 manat cərimələnib. Buna futbolçu Slavik Alxasovun Misli Premyer Liqasının V turunda, "Qarabağ"la oyunda ikinsi sarıdan qırmızı vərəqə alması səbəb olub.

“Qarabağ” 5000 manat ziyana düşüb. Komandanın azarkeşləri “Naxçıvan”la qarşılaşmada rəqib futbolçunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndiriblər.

"Sabah" isə "Turan Tovuz"la qarşılaşma zamanı Təcili Tibbi Yardım avtomobilinin təyin edilmiş vaxtdan gec gəldiyi üçün 2000 manat cərimələnib.