EN

Bakıda xarici mütəxəssislərin iştirakı ilə süni intellektlə bağlı konfrans keçiriləcək

525.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakıda Gülüstan sarayında oktyabrın 24-də süni zəkanın sosial sahəyə tətbiqi ilə bağlı konfrans (SOCGOV 2025 Konfransı) keçiriləcək.

525.az xəbər verir ki, tədbirin məqsədi süni intellektin sosial idarəetmə sahəsində məsuliyyətli və insan-mərkəzli tətbiqini təşviq etməkdir.

Bu tədbir dövlət qurumlarını, texnoloji liderləri, yerli və xarici mütəxəssisləri bir araya gətirəcək və gələcəkdə xidmətlərin rəqəmsallaşdırılması, sosial innovasiyaların yayılması prosesində mühüm rol oynayacaq. Keçiriləcək konfrans uzunmüddətli bir platformanın ilk addımı olacaq.

Konfransın təşkilatçılarından olan DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov bildirib ki, bu tədbir Azərbaycanda bir ilk olacaq:

"Konfransın ideyası DOST Agentliyinin fəaliyyətindən irəli gəlir. Agentlik sosial sahədə innovasiyaların tətbiqi ilə mütəmadi məşğuldur və artıq Azərbaycan modeli təkcə ölkə daxilində deyil, beynəlxalq miqyasda da böyük maraqla qarşılanır".

Agentliyin əməkdaşı Sona Sadıxlının sözlərinə görə, tədbirdə könüllülər də fəal iştirak edəcəklər:

"Hazırlıq prosesinə cəlb olunan gənclər beynəlxalq konfrans təşkilində təcrübə toplayacaq, müxtəlif təlim proqramlarında iştirak edərək ünsiyyət və kommunikasiya bacarıqlarını təkmilləşdirəcəklər. Onlar yerli və xarici qonaqlarla mütəmadi təmasda olmaqla şəxsi və peşəkar inkişafları üçün dəyərli təcrübə əldə edəcəklər".

Qeyd edək ki, "SOCGOV" konfransında dünyanın 20-yə yaxın ölkəsindən nümayəndə iştirak edəcək. Tədbir vətəndaşların sosial müdafiəsində dayanıqlılıq və innovativlik mövzularını gündəmə gətirəcək. Ekspertlər rəqəmsal dövlət və süni intellektlə transformasiya, sosial xidmətlərdə süni intellekt və sosial inklüzivlik, həmçinin əmək bazarının gələcəyi, bacarıqların inkişafı və rəqəmsal sahibkarlıq mövzularında müzakirələr aparacaqlar.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
8
525.az

1Sources