EN

Türkiyə xüsusi təyyarəsini Litvaya göndərdi

NATO ölkələrinin hava məkanının pozulmasından sonra Türkiyə Litvaya radarla təchiz edilmiş təyyarə göndərib.

Axar.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.

Bildirilib ki, AWACS radarlarına malik xüsusi təyyarə yerdən aşkarlanması çətin olan alçaqdan uçan obyektləri, o cümlədən dronları da aşkar edə bilir.

Təyyarə sentyabrın 22-dən Litvanın hava məkanındadır və sentyabrın 25-nə kimi fəaliyyət göstərəcək.

Agentlik yazıb ki, Türkiyə təyyarəsinin Litvaya göndərilməsi NATO hava məkanının Rusiya tərəfindən pozulmasından sonra Baltik regionunda müdafiəni gücləndirmək səylərinin bir hissəsi kimi qiymətləndirilir.

Chosen
2
2
axar.az

4Sources