EN

İnstitutun direktoru: Milli hesabatların hazırlanmasında rəqəmsal texnologiyalardan istifadə etmək lazımdır

Bakı, 25 sentyabr, AZƏRTAC

Statistika hesabatı hər bir dövlətə özünə kənardan baxmaq və başqa dövlətlə müqayisə aparmaq imkanı yaradır. Statistikanın hesabatına əsasən dövlət rəhbərləri ölkə iqtisadiyyatında, sosial həyatında baş verən hadisələri qiymətləndirə bilir və bu istiqamətdə siyasətini qurur.

AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda “Statistikanın inkişafı perspektivləri: beynəlxalq layihələrin rolu” mövzusunda keçirilən III Beynəlxalq Statistika Forumunun 2-ci gününün panel müzakirəsində Rusiya Beynəlxalq Statistika İnstitutunun direktoru Aleksey Ponamarenko deyib.

O bildirib ki, qloballaşma dövründə hesabatların dəqiq hazırlanması çətinləşib.

“Lakin rəqəmsal metodların tətbiqi statistiklərin işinə köməklik göstərir. Lakin rəqəmsallaşmada da ziddiyyətli məqamlar var. Bu ziddiyyətlərin aradan qaldırılması üçün MDB dövlətləri statistik hesabatları vahid metod əsasında hazırlasalar üzv dövlətlər dəqiq məlumatlar əldə edə bilər. Lakin hər bir dövlətin milli iqtisadi sistemi vahid metodun tətbiqin çətinləşdirir. Buna görə də 2025-ci ildən başlayaraq milli hesabatların hazırlanmasında rəqəmsal texnologiyalardan istifadə etmək lazımdır. Rəqəmsal texnologiya müasir dünyanın tələbidir”, - deyə Aleksey Ponamarenko vurğulayıb.

Chosen
24
azertag.az

1Sources