EN

Fransanın keçmiş prezidentini mühakimə edilib

Ajans.az BFMTV telekanalına istinadən xəbər verir. Paris məhkəməsi Sarkozinin 2005–2007-ci illər arasında cinayətkar təşkilatda iştirak etdiyini və 2007-ci il prezident seçkisi kampaniyasının qanunsuz maliyyələşdirilməsində rol oynadığını müəyyən edib. Müstəntiqlərin iddiasına görə, Sarkozi ən yaxın çevrəsi vasitəsilə Liviyanın sabiq lideri Müəmmər Qəddafi ilə korrupsiya xarakterli razılaşma əldə edib və həmin razılaşma əsasında seçki kampaniyası üçün əlavə vəsait cəlb olunub. Məhkəmə bəyanatında bildirilir: “Nikola Sarkozy 2005–2007-ci illər arasında cinayətkar təşkilatın fəaliyyətində şərik olmaqda təqsirli bilinib.” Bununla belə, keçmiş prezident digər iki maddə – dövlət vəsaitlərinin mənimsənilməsini gizlətmək və passiv korrupsiya ilə bağlı irəli sürülmüş ittihamlar üzrə bəraət alıb. Qeyd edək ki, bu iş Fransada uzun illərdir davam edən və geniş ictimai rezonans doğuran siyasi-korrupsiya istintaqlarından biridir. Nikola Sarkozi ittihamları əvvəldən rədd edib və özünü təqsirsiz sayır. Məhkəmənin hökmünün qüvvəyə minməsi və mümkün apellyasiya mərhələsi ilə bağlı əlavə məlumatlar yaxın günlərdə açıqlanacaq.

 

Chosen
1
Ajans.az

1Sources