EN

Eldar Əzizov şəhid ailələri ilə görüşdü - FOTO

Eldar
Sentyabrın 25-də Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) şəhid ailələri ilə görüş keçirilib. 1news.az xəbər verir ki, bu barədə BŞİH məlumat yayıb.
Tədbirdə çıxış edən Eldar Əzizov bildirib ki, 5 il əvvəl sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində ölkəmiz düşmən üzərində şanlı Qələbə qazanıb. “Prezident İlham Əliyevin dahi sərkərdəliyi ilə son 200 il ərzində ilk dəfə olaraq müsəlman dövləti düşmən üzərində qələbə qazanaraq öz torpaqlarını geri qaytarıb. Bu tarixi nailiyyət məhz ölkə başçısı İlham Əliyevin şəxsiyyət faktoru sayəsində mümkün olub”. Bildirilib ki, bu gün ölkəmizdə səhid ailələri və qazilərimiz daima dövlət qayğısı ilə əhatə edilib. Ölkəmizin Birinci Vitse-prezidenti Mehriban Əliyeva hər zaman şəhid ailələri, qazilərin yanındadır və onların problemlərinin həlli istiqamətində böyük işlər görür. Açıq dialoq şəklində keçirilən görüşdə şəhid ailələrinin üzvləri dinlənilib, onların müraciət və təklifləri nəzarətə götürülüb.
Chosen
21
15
1news.az

10Sources