EN

Məşhur aktyor Elməddin Cəfərovun yeni layihəsi –Video

O, “İki qapı arasında” adlı serialla tamaşaçıların qarşısına çıxacaq. Elməddin Cəfərov layihədə “Sadiq” obrazına həyat verəcək.

Sözügedən ekran işində Mətanət Əliverdiyeva, Vəfa İsmayılova, Əsmər Rüstəmli, Elnur Hüseynov, Ülviyyə Əliyeva və Mətləb Səfərli kimi məşhurlar da rol alacaqlar. Serial iki həyat yoldaşı olan şəxsin başına gələn komik hadisələrdən bəhs edəcək.
Ekran işinin quruluşçu rejissoru Elçin İbrahimov quruluşçu operatoru isə Azərbaycan komediya filmlərin bir coxunu lentə alan Rəşad Qarayevdi .

Qeyd edək ki, “İki qapı arasında” serialı Elməddin Cəfərovun rəhbəri olduğu “KO Media Group” tərəfindən çəkilir. Ekran işi 28 sentyabr saat 19:30 “ATV” telekanalında yayımlanmağa başlayacaq

Chosen
9
5
tribunainfo.az

8Sources