EN

Millimizin sabiq üzvləri məşqçilik kursunda

AFFA-nın təşkilatçılığı ilə Təhsil və Reabilitasiya Mərkəzində UEFA-nın A kateqoriyalı məşqçi kursunun I mərhələsinə start verilib.

İdmanxeber.az xəbər verir ki, sentyabrın 27-dək davam edəcək məşğələlərə təhsil şöbəsinin rəhbəri Aslan Kərimov və təlimatçı Osman Rəhimov rəhbərlik edirlər.

Kursun ikinci mərhələsi oktyabrın 20-23-də, üçüncü modulu isə noyabrın 17-20-də keçiriləcək.

Qeyd edək ki, kursda Azərbaycan milli komandasının sabiq üzvləri Maksim Medvedev, Elvin Məmmədov, Ağabala Ramazanov, Rail Məlikov, Vüqar Nadirov, Rəşad Eyyubov, Rasim Ramaldanov və Rauf Əliyev də iştirak edir.

Chosen
3
4
idmanxeber.az

5Sources