EN

Ayxan Abbasov, yoxsa xarici məşqçi? AFFA dan AÇIQLAMA

Baku.ws portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Azərbaycan millisinin baş məşqçi məsələsi hər zaman futbol ictimaiyyətinin diqqət mərkəzində olub.

BAKU.WS-in məlumatına görə, Fernandu Santuşun millidən kənarlaşdırılmasından sonra millinin nəticələri, oyun üslubu və qarşıdakı hədəfləri ilə bağlı müzakirələr aktivləşib.

Hazırkı mərhələdə ən çox verilən suallardan biri budur ki, milli komandanın sükanı arxasında kim olacaq? Ayxan Abbasovun postunda qalması, yoxsa yerli və ya xarici mütəxəssisin gətirilməsi ehtimalı futbol azarkeşləri arasında maraqlı müzakirə edilir.

Bu seçim təkcə bir məşqçi dəyişikliyi anlamına gəlmir – söhbət Azərbaycan futbolunun gələcək strategiyasından, gənclərin inkişaf etdirilməsindən və beynəlxalq arenada daha rəqabətqabiliyyətli bir komanda formalaşdırmaqdan gedir.

Mövzu ilə bağlı AFFA-nın Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Murad Axundov BAKU.WS-ə bildirib ki, baş məşqçi postu ilə hazırda müzakirələr və danışıqlar gedir: "Yaxın zamanda bununla bağlı ictimaiyyətə məlumat verəcəyik".

Qeyd edək ki, Ayxan Abbasovun rəhbərliyi altında Azərbaycan millisi öz meydanında Ukrayna yığması ilə 1-1 hesablı heç-heçə oynayıb.

Orxan Hüseyn

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
9
2
baku.ws

3Sources