EN

Havanın temperaturu 5-8 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

Bakı. Trend:

Bakıda və Abşeron yarımadasında sentyabrın 26-sı axşamdan 28-isəhərədək bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Trend xəbərverir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumatyayıb.

Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışınqısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalolunur.

Sentyabrın 26-sı günün ikinci yarısı Azərbaycanın şimal və qərbrayonlarından başlayaraq 28-i axşamadək bəzi yerlərdə havaşəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağıgözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterliintensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdəsulu qara keçəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli selkeçəcəyi gözlənilir.

Ölkə ərazisində havanın temperaturu ötən günlərlə müqayisədətədricən 5-8 dərəcə aşağı enəcək.

Məqalədə:
Chosen
5
43
az.trend.az

10Sources