EN

DEPUTATLAR TOPLANIR: 12 məsələ müzakirə olunacaq SİYAHI

ain.az, Mia.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Milli Məclisin payız sessiyası üzrə ilk plenar iclasının gündəliyi məlum olub.

Mia.az xəbər verir ki, iclasda 12 məsələ müzakirə olunacaq:

1. Azərbaycan xalqının Vətən müharibəsinin başlanmasının 5-ci ildönümü ilə əlaqədar Milli Məclisin Bəyanatı

2. Milli Məclisin 2025-ci il payız sessiyasının qanunvericilik işləri planı haqqında

3. "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya qanun layihəsi (II səsvermə)

4. "Ozon qatını dağıdan maddələr haqqında" Monreal Protokoluna 2016-cı il 15 oktyabr tarixli Kiqali Düzəlişinin təsdiq edilməsi haqqında" qanun layihəsi

5. "Dabaq Xəstəliyinə Nəzarət üzrə Avropa Komissiyasının Nizamnaməsinə qoşulmaq haqqında" qanun layihəsi

6. "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ictimai səhiyyə sahəsində sanitariya-epidemioloji xarakterli fövqəladə vəziyyətlərin qarşısının alınması və cavab tədbirləri üzrə əməkdaşlığı haqqında Saziş"in təsdiq edilməsi barədə qanun layihəsi.

7. "Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təmsil olunan Azərbaycan Respublikası Hökuməti ilə Beynəlxalq Telekommunikasiya İttifaqı arasında Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının (ÜTİK-25) keçirilməsi, təşkili və maliyyələşdirilməsi ilə bağlı Saziş"in təsdiq edilməsi haqqında qanun layihəsi

8. "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təmsil olunan Azərbaycan Respublikası Hökuməti ilə İslam İnkişaf Bankı Qrupu arasında Azərbaycan Respublikası Hökuməti (ev sahibi ölkə) tərəfindən İİB Qrupunun 2026-cı ildə keçiriləcək İllik Toplantıları üçün təminatlara dair Anlaşma Memorandumu"nun təsdiq edilməsi haqqında" qanun layihəsi

9. "Beynəlxalq ticarətdə müəyyən təhlükəli kimyəvi maddələr və pestisidlər üzrə qabaqcadan əsaslandırılmış razılıq proseduru haqqında Rotterdam Konvensiyası"na qoşulmaq barədə qanun layihəsi

10. "Azərbaycan Respublikasının Bəhreyn Krallığında (Manama şəhərində) Səfirliyinin təsis edilməsi haqqında" qanun layihəsi

11. "Tibbi sığorta haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş)

12. Vergi Məcəlləsində və "Gömrük tarifi haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş)

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
9
41
mia.az

10Sources