EN

"Qarabağ" - "Kopenhagen" oyununun biletləri satışda

UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Kopenhagen” (Danimarka) oyununun biletləri 25 sentyabr, saat 15:00-dan etibarən satışa çıxarılıb.

Sportal.az xəbər verir ki, qarşılaşma oktyabrın 1-də saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Standart biletlərin qiyməti:

5, 10, 30, 40, 50, 75 AZN

VIP sektorlar: 150, 200, 250 AZN

VVIP sektorlar: 500 AZN

Diqqət: Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi üzərindən əldə edilə bilər.

Onlayn bilet alışı ilə bağlı çətinlik yarandıqda azarkeşlər iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı “Qarabağ”ın Fan-Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilər.

saytlarin hazirlanmasi

Chosen
6
16
sportal.az

10Sources