EN

Latviyada 155 mm-lik sursatların istehsalı üçün birgə müəssisə yaradılacaq

Sursat istehsal imkanlarını daha da genişləndirən Almaniyanın “Rheinmetall” şirkəti Latviyada 155 mm-lik artilleriya sursatları üçün müasir istehsal müəssisəsi tikməyi planlaşdırır.

“Poliqon” “Rheinmetall”a istinadən xəbər verir ki, bununla bağlı müvafiq Anlaşma Memorandumu imzalanıb.

Memoranduma əsasən, bu müəssisə “Rheinmetall Waffe Munition GmbH” (51%) və Latviya Dövlət Müdafiə Korporasiyası (49%) arasında yaradılacaq birgə şirkət tərəfindən idarə olunacaq.

Latviya 155 mm-lik sursat istehsal müəssisəsini yaratmaqla, müdafiə qabiliyyətini gücləndirmək və müdafiə sənayesi sahəsini genişləndirmək üçün daha bir addım atır. İstehsal olunacaq sursatlar Latviya Milli Silahlı Qüvvələrinin ehtiyaclarını təmin etməklə yanaşı, təchizat zəncirlərinin təhlükəsizliyini gücləndirəcək və tərəfdaş ölkələrə də təqdim olunacaq.

İstehsal xətti müasir istehsal avadanlıqlarını, o cümlədən mərmi döymə və doldurma xəttini əhatə edəcək. Tikinti işlərinə 2026-cı ilin yazında başlanması planlaşdırılır və istehsalın təxminən bir il sonra fəaliyyətə başlaması gözlənilir. 275 milyon avroluq investisiya müəssisəyə 10 minlərlə artilleriya mərmisinin istehsalını təmin etməyə imkan verəcək.

G1r

Chosen
7
poliqon.az

1Sources