“Sərhədçi” heyətinə daha bir əcnəbi basketbolçu qatıb.
Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi qanalı Maksvell Amoafo ilə anlaşıb.
Onunla mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, 201 sm boya malik Maksvell Amoafo son olaraq “Malta Athleta” klubunda çıxış edib.